AZ EN RU

Qırğızıstanda zəlzələ baş verib

Qırğızıstanın şimalında 5,4 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Respublika Seysmologiya İnstitutu məlumat yayıb.

İnstitutun məlumatına görə, yeraltı təkanların episentri Çolpon-Ata şəhərindən 35 kilometr şimalda və Bişkekdən 190 kilometr aralıda İssık -Kul bölgəsində olub .

Zəlzələnin episentrinə ən yaxın yaşayış məntəqələrində zəlzələnin intensivliyi Qazaxıstanın Alma-Ata şəhərində 4,5 bal, Çolpon-Atada 4 bal, Bişkek və Karakolda hər birində 3,5 bal olub.

Nəşr edilib : 04.03.2024 12:18