AZ EN RU

QHT Sədri Günel Gözəlova DMX-nin yaratdığı şəraitdən məmnunluqla danışdı

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvü olaraq JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri Günel Gözəlova nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Nümayəndə Heyəti öncə Naxçvan şəhərində milli lider Heydər Əliyevin abidəsini ziyarət edb. Daha sonra Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Baş İdarəsinin inzibati binasında rəsmi görüş olub. Baş İdarənin rəisi Anar Xudiyev  İctimai Şura üzvlərini Xidmətin binası ilə tanış edib, görülən işlər haqqında geniş məlumat verib.   “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyini Sədri Günel Gözəlova Naxçıvan Regional Baş İdarəsinin yaranma tarixi, gələcəkdə qarşıda duran planlar, hazırki dövrdə miqrantlara yaradılan şəraitlə bağlı suallar verib. Müzakirələrdə məlum olub ki, 2010-cu ildən fəaliyyət göstərən Xidmətin keçmiş inzibati binası hazırda Naxçıvan Şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi kimi fəaillət göstərir. Yeri gəlmişkən, nümayəndə heyəti daha sonra Mərkəzə də yollanıblar. QHT təmsilçilərinə müvafiq binada miqrantların saxlanılması və istirahəti üçün yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib. “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyini Sədri Günel Gözəlova, hazırki binanın Bakıdakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi ilə müqaisədə daha kiçik olsa belə, mükəmməl təmizlik və əlverişli təchizatın, istirahət otaqları və lazımı avadanlıqlarla təmin olunmanın mükəmməl səviyyədə olduğunun canlı şahidi olduqlarını söyləyib. İŞ üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzində də olublar. JSİD Sədri bildirib ki, vətəndaşlara 300-ə yaxın xidmət növü təqdim edən Mərkəzdə deffektoloq-loqoped kimi tibbi xidmətin göstərilməsini bilməkdən çox məmnun olub. QHT Sədri Mərkəzdə fəaliyyət göstərən Miqrasiya xidməti şöbəsinin iş fəaliyyəti ilə də maraqlanıb.  

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə  İctimai Şura üzvləri səfər çərçivəsində Naxçıvan şəhərini gəziblər, Mömünə Xatun türbəsini, Culfa rayonunda yerləşən, Azərbaycanın ən məşhur ziyarətgahı Əshabi-Kəhfi də ziyarət ediblər.  QHT Sədri Günel Gözəlova ziyarətgahın tarixi ilə yaxından tanış olub, bugünə qədər Azərbaycan tarixnin bu əsrarəngiz abidəsini ziyarət etmədiyi üçün özünü qınadığını bildirib. O vurğulayıb ki, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq-bərpa işləri aparılan abidə- "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi olaraq dünyada tanınmış dini turizm obyektidir.

Heydər Əliyev Məscid Kompleksini ziyarət edən nümayəndə heyəti 11 ilə inşa olunan Ana Məscidin göz oxşayan əl işlərindən ibarət gözəlliyinə vurğun olublar. Şərq memarlıq məktəbi üslubunda ucaldılan məscid kompleksinin ümumi ərazisi 82 min 250 kvadratmetrdir. Məscidin minarələrinin hündürlüyü 38, günbəzlərinin hündürlüyü isə 14 metrdən artıqdır.

QHT təmsilçiləri, eyni zamanda Duzdağ Fizioterapeya Mərkəzində də olublar. Təbiətin əsrarəngiz nümunəsi 1979-cu il dekabr ayının 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyətə başlayıb. 2003-cü ildə xəstəxana ən müasir tələblərə uyğun yenidən qurulub. Mərkəzin yeraltı hissəsi duz mədənində əsas dağ sexində, girişdən 300 metr məsafədə,110 metr dərinlikdə 10 işlənmiş mağarada yerləşir. 

Darıdağ Arsenli Su Müalicə Mərkəzi ilə tanışlıqdan ağız dolusu danışan JSİD Sədri, tanınmış teleaparıcı-jurnalist, "MTV Azərbaycan"ın Baş Redaktoru Günel Gözəlova Naxçıvanın bir təbiət möcüzəsi olduğunu bildirib. “Darıdağ” suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərinin, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarının müalicəsində geniş istifadə edilib. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizdə müalicəvi suların olduğu yerlərdə səhiyyə ocaqlarının, sanatoriyaların tikilməsi istiqamətində həyata keçirilən tədbirlər 1978-ci ildə Darıdağda da müalicəxananın yaradılmasına imkan verib. Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən müalicəxananın fəaliyyətində ötən əsrin 90-cı illərində məhdudiyyətlər yaransa da, 2005-ci ildə müəssisə yenidən qurularaq istifadəyə verilib. 

Klassik və milli memarlıq üslubunda inşa olunmuş “Saat Meydanı”na da baş çəkən İŞ üzvləri gözəl məkanı məmnunluqla gəziblər. İkimərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarət binada 5 dükan, uşaq əyləncə bölməsi, gənclər üçün intellektual oyun zalı, otel, 4 zaldan ibarət 125 yerlik kinoteatr, 4 restoran və 2 kafe yerləşir. Burada sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon və ingilis mətbəxlərinin nümunələri təqdim olunur. 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti  
DMX yanında Ictimai Şura
JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Nəşr edilib : 18.11.2023 14:29