AZ EN RU

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb

Azərbaycanın bir sıra QHT rəhbərləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahi və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar İranın Azərbaycandakı Səfirliyinin binası önünə gül dəstələri düzüb.
QHT rəhbərləri bu ağır gündə İran xalqının kədərini bölüşdüyünü bildiriblər.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Nəşr edilib : 20.05.2024 19:32