AZ EN RU

Qəzzada ölən İsrail hərbçilərinin sayı 180 nəfərə çatıb

Qəzza zolağında quru əməliyyatı zamanı ölən İsrail hərbçilərinin sayı 180-ə çatıb.

Bu barədə İsrail KİV məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Ordusu bu gün həlak olan 4 əsgərin adlarını açıqlayıb. Beləliklə, Qəzza zolağında quru əməliyyatı zamanı ölənlərin sayı 180 nəfərə çatıb.

Qeyd edilib ki, azı 7 hərbi qulluqçunun vəziyyəti ağırdır.

Nəşr edilib : 09.01.2024 14:30