AZ EN RU

Qeyri-sabit hava şəraiti davam edib, bəzi şərq rayonlarında intensiv yağış yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 12-də saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub.

Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı: Astarada 57, Lənkəranda 50, Yardımlıda 11, Quba, Neftçala, İsmayıllı, Şabran, Oğuz, Mingəçevir, Göytəpə, Qobustan, Şamaxı, Balakən, Göyçay, Şəki, Biləsuvar, Lerik, Zərdab, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Naftalan, Göygöl, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Qəbələ, Zaqatala, Ağsu, Tərtər, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Gəncə, Qusar, Xaltanda 6 millimetr, Bakıda və Abşeron yarımadasında isə 1 millimerədək olub.

Dekabrın 11-də şimal-qərb küləyi arabir Şirvanda 15 metr/saniyə, Bakıda və Abşeron yarımadasında isə 18 metr/saniyəyədək güclənib.

Neft Daşları mütüoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Balakən, Yevlax, Daşkəsən, Gədəbəy, Göygöl, Tərtər, Zərdab, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Quba, Qusar, Göyçay, Lerikdə dumanlı hava müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü gündüzədək davam edəcəyi gözlənilir.

Nəşr edilib : 12.12.2023 11:23