AZ EN RU

Qeyri-neft sektoru üzrə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 49,0 faizini təşkil edib

Ötən il üçün qeyri-neft sektoru üzrə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 49,0 faizini təşkil etməklə (proqnoza nisbətən 1,3 faiz-bənd çox, 2022-ci illə müqayisədə isə 1,0 faiz-bənd az) 17418,4 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1267,6 mln. manat (7,8 faiz), 2022-ci illə müqayisədə isə 2068,4 mln. manat və ya 13,5 faiz çoxdur.

Bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda qeyd olunur.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 24.01.2024 17:37