AZ EN RU

Qətldə təqsirləndirilən Ordubad rayon Unus kənd sakini haqqında həbs qətimkan tədbiri seçilib

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ordubad rayon Unus kənd sakini 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğluna bıçaq xəsarəti yetirərək onun qətlində təqsirli bilinən həmkəndlisi 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlu barəsində qətimkan tədbiri seçilib. Belə ki, Ordubad Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisəyə səbəb uzun illər davam edən qisas olub. Belə ki, uzun illər öncə İbrahim Tağıyev Bəxtiyar Rəsulovun dayısını qətlə yetirib və həbsdə yatıb. Hadisə də elə bu səbəbdən - qisas üstündə baş verib.
Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Nəşr edilib : 15.06.2024 23:32