AZ EN RU

Qəsəbə sakinlərinin su problemi həll olunur

“Babək rayon mərkəzi və ətraf kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi çərçivəsində rayonun Nehrəm qəsəbəsində sakinlərin içməli su və kanalizasiya sistemlərinə olan tələbatının ödənilməsi istiqamətində işlər davam edir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən aldığımız məlumata görə qəsəbədə diametri 63 millimetrdən 500 millimetrə qədər olan plastik borularla uzunluğu 109 kilometrə yaxın içməli su xətti,  diametri 200 millimetrdən 400 millimetrə qədər olan plastik borularla 94 kilometrə yaxın kanalizasiya xətti çəkilib. Bu günə qədər 2000-ə yaxın ev birləşməsi aparılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 09.01.2024 16:59