AZ EN RU

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının II mərhələsi keçirilib

Mayın 25-də Naxçıvan Muxtar Respublikasının  ümumitəhsil məktəblərinin IX- X sinif şagirdləri arasında  “Qərbi Azərbaycana qayıdış” olimpiadasının II mərhələsi keçirilib. 
 Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada 158 şagird iştirak edib və məktəblilərə qapalı test formatında 30 sual təqdim edilib, sualların cavablandırılması üçün 75 dəqiqə vaxt ayrılıb. 
 Qeyd edək ki, olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur. 
Olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir. 
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Nəşr edilib : 25.05.2024 14:05