AZ EN RU

Qərbi Azərbaycan İcmasının rəhbəri: "Builki tədbir heç şübhəsiz ki, böyük ideyalar bayramıdır "

Bu gün Naxçıvanın Batabat yaylağında təşkil olunan Qərbi Azərbaycana qayıdışla bağlı festival cox möhtəşəm hazırlanıb. Bu ikinci dəfədir ki Naxçıvanda Qərbi Azərbaycanla bağlı festival keçirilir. Biri 7 ay bundan əvvəl noyabrın 23-24-də Naxçıvan şəhərində və Ordubad rayonu ərazisində keçirilib və qərara alınıb ki, hər il Naxçıvanda Qərbi Azərbaycana qayıdışla bağlı festival keçirilsin. Bu bizim Qərbi Azərbaycana qayıdışla bağlı dünya ictimaiyyətinə mesajımızdı və hər kəs bilməlidir ki, bu insanların öz ata-baba yurdlarına qayıtmaqları onların beynəlxalq hüquqa söykənən  haqlarıdı və bu qayıdışın alternativi yoxdu. Bu qayıdış gec tez gərçəkləşməlidir. Biz Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə, Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və bütün kollektivinə, digər təşkilatçılara, eyni zamanda Elm və Təhsil Nazirliyinin rəhbərliyinə belə möhtəşəm festival-konqres təşkil elədikləri üçün öz təşəkkürlərimizi bildiririk.
Builki tədbir heç şübhəsiz ki, böyük ideyalar bayramıdır. Burada Qərbi Azərbaycanın tarixi mahallarına uyğun çadırlar bizim tarixi ənənələrimizə uyğun olaraq təşkil olunub. Bu, yaddaşı təzələmək üçün çox mühüm əhəmiyyətə malik olan bir məsələdir və elə hesab edirəm ki burada Qərbi Azərbaycanla bağlı nümayiş olunan sərgilər, yemək sərgiləri, mətbəx nümunələri bütün geyim nümunələri, bütün bunlar bizim mədəni irsimizə sahib çıxmaqda qərarlı olduğumuzu bir daha sübut edir və bir daha göstərir ki, biz öz tarixi torpaqlarımıza qayıdışımızda qərarlıyıq və heç nəyi yaddan çıxartmamışıq

Nəşr edilib : 21.06.2024 15:44