AZ EN RU

Qərbi Azərbaycan İcması: Litvanın xarici işlər nazirinin bəyanatını qətiyyətlə rədd edirik

Qərbi Azərbaycan İcması Litvanın xarici işlər nazirinin qərəzli bəyanatı ilə bağlı açıqlama yayıb.

Bu barədə İcmadan məlumat verilib.

Məlumatda deyilir: “Qərbi Azərbaycan İcması olaraq Litvanın xarici işlər nazirinin bəyanatını qətiyyətlə rədd edirik.

Əvvəla vurğulamaq istərdik ki, Litvanın Azərbaycanın daxili işlərinə müdaxilə etməyə heç bir haqqı yoxdur. Hər bir ölkə açıqlamalarında məsuliyyətli olmalı, özünü gülünc vəziyyətə salmamalıdır.

Litva xüsusən Vətən müharibəsindən bəri davamlı olaraq anti-Azərbaycan mövqeyi sərgiləyir. Bir neçə il öncə Litva diplomatlarının Ermənistan-Azərbaycan münaqişəsində məhz xristian olduqları üçün erməniləri dəstəkləməyin vacib olması barədə internetdə yayılmış səs yazıları Litva diplomatiyası üçün utanc olmalıdır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğalının, öz ərazisindən və vaxtilə işğal edilmiş ərazilərdən yüz minlərlə azərbaycanlını qovmasının Litva tərəfindən nə üçün heç vaxt pislənilməməsinin əsl səbəblərini aydın izah edir.

Litva öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı və inteqrasiya məqsədilə onlarla dialoq aparmalıdır.

Nəşr edilib : 20.09.2023 10:31