AZ EN RU

Qəlbimin sevgili yarı, Naxçıvan!

Nəqşicahan... Bu adla qəlblərdə taxt quran doğma yurdum , Naxçıvan!  Gündən-günə abadlaşan,  gözoxşayan əziz diyar! Mehriban, səmimi insanları,  barlı-bərəkətli torpağı, bol-bəhrəli bağları,  qədim tarixi keçmişi, görkəmli şəxsiyyətləri ilə seçilən Azərbaycanın gözoxşayan incisi! Muxtariyyətinin 100 yaşı mübarək! Gün o gün olsun ki, min əsrlik yubileylərin təmtəraqlı qeyd olunsun! Sənə də bu yaraşır! 
Çünki sən bu 100 ildə çox sınaqlardan üzüağ, alnıaçıq çıxmısan. Başından çox qara buludlar keçib, amma yenilməmisən, büdrəməmisən, əzmini itirməmisən. Bu ulu qüdrətin əsla sarsılmasın. Hər zaman olduğu kimi bundan sonra da səsin zirvələrdən gəlsin! Qalib ölkənin zəfər sevincinə 100 illiyinin şərik olması biz gənclər üçün böyük qürurdur. Dörd bir yanda ən şərəfli işlərdə adıçəkilən saysız-hesabsız övlad yetirmisən və yetirirsən!  44 günlük Vətən müharibəsində də öz mərd igidlərin sənə başucalığı gətirib! Adın, sanın bundan sonrakı illərdə, əsrlərdə də şərəflə anılsın, əziz diyar, Naxçıvan! 


   Nəzrin İsmayılova

Nəşr edilib : 03.02.2024 13:20