AZ EN RU

Qəhrəman Tağıyevin diplomunun təqdimatı və rəsm əsərlərindən ibarət sərgisi təşkil olunub

İlk olaraq Vətənimizin suverenliyi uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Tədbiri giriş sözü ilə Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva açaraq qonaqları salamlayıb,  birlik üzvünün fəxri ad alması münasibəti ilə təbrik edib. 
Daha sonra TURAN Elmlər Akademiyasının vitse-prezidenti Sabir Tağıyev, Türkiyənin  Naxçıvandakı baş konsulu Asip Kaya, Azərbaycan Respublikasının Əməkdar rəssamı, TURAN EA-nın akademiki, professor Şaiq Məmmədov, Naxçıvan Müəllimlər İnstitutun dosenti, sənətşünas Nizami Alıyev və  başqa çıxışçılar rəssamın yaradıcılığı haqqında söz açıblar. 
Tədbirin sonunda sərgiyə baxış olub.  Qeyd edək ki, rəssamın 40 rəsm əsəri sərgi salonunda nümayiş olunur

Nəşr edilib : 08.04.2024 21:25