AZ EN RU

Qədir Xəlilov: Bəzi könüllülər işğaldan azad olunmuş ərazilərdə işlə təmin olunub

Bəzi könüllülər işğaldan azad olunmuş ərazilərdə işlə təmin olunub.

Bunu Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov “Qayıdış könüllüləri” proqramı çərçivəsində “Laçın könüllüləri” qrupuna qeydiyyatın elan olunması ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, bir neçə aydan sonra könüllülərin Laçındakı fəaliyyətinə dair məlumatlar olacaq.

Əsas tapşırıqlardan biri işğaldan azad olunmuş ərazilərdə könüllülük proqramını dəstəkləmək və “Böyük Qayıdış” layihəsinə dəstək verməkdir. Vətən müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə könüllülər mühüm rol oynadılar. Həmçinin, Laçın yolundakı ekoaksiyada, Türkiyədəki zəlzələnin təsirlərinin aradan qaldırılmasında da gənclər mühüm yer tutdular”, - deyə Q.Xəlilov vurğulayıb.

Nəşr edilib : 28.06.2024 10:45