AZ EN RU

Qədim Cümə məscidində təmir-bərpa işləri davam etdirilir

    Muxtar respublikamızda  tarixi-mədəni irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunması və təbliğinə yönəldilən tədbirlər diyarımızda həyata keçirilən tikinti-quruculuq və təmir-bərpa işlərinin tərkib hissəsinə çevrilib. Bu istiqamətdə həyata keçirilən belə tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa edilir. Ötən müddət ərzində muxtar respublika rəhbəri bir neçə dəfə inşaat meydançasında olmuş, dəyərli tövsiyələrini vermişdir.
    Şəhərin mərkəzi meydanında ucalan məsciddə bərpa işləri zamanı ibadət ocağının memarlıq quruluşu saxlanılaraq dindarlar üçün lazımi şərait yaradılır. Sahəsi 890 kvadratmetr olan məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək. Məscidin həyətində də geniş abadlıq işləri aparılmaqdadır. Qədim abidədə fasad divarlarının və binadaxili divarların yenilənməsi, məscidin dam örtüyünün yenidən qurulması, ətrafdakı tikililərin təmir-bərpa edilməsi başa çatdırılıb. Hazır­da bina ətrafındakı divarlar milli memarlıq üslubunda yenilənir, piyadaların hərəkəti üçün şəkillər salınır, pəncərələrin quraşdırılması davam etdirilir. Təmir-bərpa prosesində milli və dini memarlıq elementlərindən istifadə edilərək binanın tarixiliyi və müasirliyi vəhdət şəklində gözlənilir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 09.06.2022 19:05