AZ EN RU

Qəbula müraciət

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev 24 noyabr tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər.
 Adları çəkilən şəhər və rayonların sakinləri 16 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəşr edilib : 04.11.2023 15:32