AZ EN RU

Qəbul imtahanları keçirilib - FOTOLAR

Dövlət İmtahan Mərkəzi mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

Respublikanın 17 şəhər və rayonunda, ümumilikdə 206 imtahan binası, 3738 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 206 ümumi imtahan rəhbəri, 609 imtahan rəhbəri, 4673 nəzarətçi–müəllim, 635 buraxılış rejimi əməkdaşı, 206 bina nümayəndəsi cəlb edilib. Hər iki ixtisas qrupu üzrə imtahanlarda, ümumilikdə 50 min 490 abituriyent iştirak edib. İmtahanlar saat 11:00 da başlanıb və 3 saat davam edib.

Naxçıvan Muxtar Respublikasında III ixtisas qrupu üzrə 3 imtahan binasında 959 şagird imtahan verib. İmtahana 12 rəhbər, 96 nəzarətçi cəlb edilib. II ixtisas qrupu üzrə 5 imtahan binasında 1260 şagird imtahan verib. İmtahanın idarə olunmasına 16 rəhbər, 124 nəzarətçi ayrılıb.

Nəticələr bir neçə gün ərzində elan ediləcək.

Güntac ŞAHMƏMMƏDLİ

 

Nəşr edilib : 21.05.2023 15:13