AZ EN RU

Qəbul imtahanı keçirilib

    İyulun 21-də Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (II cəhd) keçirilib. Respublikanın 16 şəhər və rayonunda təşkil olunan imtahanda I ixtisas qrupu üzrə 21 min 277, IV ixtisas qrupu üzrə 4 min 62 nəfər olmaqla, ümumilikdə, 25 min 339 abituriyent iştirak edib. İmtahanın keçirilməsi üçün, ümumilikdə, 110 imtahan binası, 1921 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 110 ümumi imtahan rəhbəri, 310 imtahan rəhbəri, 2392 nəzarətçi-müəllim, 269 buraxılış rejimi əməkdaşı, 110 bina nümayəndəsi cəlb edilib. 
     Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhər 5, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərin binalarında təşkil edilib. İmtahan saat 1000-da başlanıb və 3 saat davam edib. 52 zalda keçirilən imtahanda 625 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 8 rəhbər, 63 nəzarətçi ayrılıb. 
    İmtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 21.07.2022 20:14