AZ EN RU

Qazilərin kredit borcları silinə bilər

"Qazilərin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. O bildirdi b ki, son antiterror əməliyyatları zamanı və ondan öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib.

Nəşr edilib : 09.01.2024 11:55