AZ EN RU

Qazi və şəhid ailələri ziyarət olunub

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın şöbə müdiri Hacı Hacıyev və Babək rayon Birləşmiş Həmkarlar İttifaqının sədri Elşən Abbasovun iştirakı ilə rayonun Nehrəm qəsəbəsindən olan qaziləri Nağıyev Elçin Yasin oğlu və Ələkbərov Elnur Hüseyn oğlu, Yuxarı Buzqov kəndindən olan qazi Hüseynov Teymur Ramiz oğlu, həmçinin Yarımca kəndindən olan şəhid Vəlizadə İbrahim Malik oğlunun, Kalbaoruc Dizə kəndindən olan şəhid Əjdərov Rəhman Rasim oğlunun və 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində şəhadətə ucalan şəhid Məhərrəmov Mayis Füzuli oğlunun ailə üzvləri ziyarət olundu, sosial problemləri diqqət mərkəzində saxlanıldı.

Xəbərlər şöbəsi

Nəşr edilib : 11.10.2023 22:27