AZ EN RU

Qazi, şəhid ailələri və müharibə iştirakçılarının nəzərinə!

    Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasında yaşayan qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün Bakı şəhərindən və Türkiyə Respublikasından dəvət olunmuş həkim psixoterapevtlər tərəfindən 9 yanvar 2023-cü il tarixdə saat 900-dan başlayaraq psixoterapevtik müayinələr aparılacaq!
    Bu kateqoriyadan olan şəxslər növbəli şəkildə müayinələrdə iştirak etmək üçün Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətti ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməlidirlər!
    Qeyd edək ki, həkim psixoterapevtlər müayinələrin aparılması üçün qazilər, şəhid ailələri və müharibə iştirakçılarının Naxçıvan Muxtar Respublika Xəstəxanasının 6-cı mərtəbəsində qəbul edəcəklər!
 

Nəşr edilib : 06.01.2023 19:37