AZ EN RU

Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Daşqınla bağlı Qazaxıstanın qərbində fövqəladə vəziyyət elan edilib.

Bu barədə Tengrinews.kz məlumat yayıb.

"Bölgədə daşqınlar səbəbindən çətin vəziyyət yaranıb. Rayonun Sırımski, Terektinski, Karatobinski, Burlinski rayonlarında yaşayış binalarını su basıb. Rusiyadan başlayan 5 transsərhəd çayda suyun səviyyəsi qalxır. Nəticədə, daşqınlar nəticəsində yaşayış evləri su altında qalıb. Kaztalovski və Janqalinski rayonlarına gedən Karaözen və Sarıözen çaylarında suyun səviyyəsi qalxır. Hazırda bu bölgələrdə təhlükəsizlik tədbirləri gücləndirilib. Çaqan və Derkol çayları təhlükəli həddə çatıb, Uralda suyun həcmi getdikcə artır”, - deyə vilayət administrasiyasının açıqlamasında bildirilir.

Nəşr edilib : 02.04.2024 11:29