AZ EN RU

Qaz İstismar Xidmətinin saytı yenilənib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Qaz İstismar Xidmətinin yeni veb-saytı istifadəyə verilib.  

Xidmətin rəsmi internet saytı fərqli tərtibatda yenidən işlənərək hazırlanıb. İstifadəçilərin Xidmət ilə bağlı məlumat və qərarları daha rahat əldə etməsi üçün yeni sayt sadə və interaktiv formada dizayn edilib. Belə ki, təbii qazdan istifadəyə görə yaranmış borcun, sərf edilmiş mavi yanacağın dəyərinin onlayn ödənilməsi və maraqlandıran digər məlumatlara aid bölmələr və alt bölmələr veb-saytda yer alıb.

Bundan başqa, yenilənmiş www.naxcivanqaz.gov.az saytında smart sayğaclardan istifadə qaydası, qaz təsərrüfatında təhlükəsizlik və texniki istismar qaydaları, o cümlədən rəsmi qurumların veb-saytlarına birbaşa keçid təmin edilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və

Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.06.2024 09:37