AZ EN RU

Qarşılıqlı əməkdaşlığa dair görüş keçirilib - FOTOLAR

    Türkiyə Respublikasının İqdır vilayətində, İqdır Ticarət və Sənaye Palatasında  “Himal Holdinq” şirkətinin rəhbəri Hacı Ələsgərov Türkiyənin “Okuklu Holdinq” şirkətinin Azərbaycandakı sədri Yılmaz Okuklu, İqdır Ticarət və Sənaye Palatasının sədri Kamil Arslan ilə görüşüb.
    İşgüzar görüş zamanı “Himal Holdinq”in rəhbəri Hacı Ələsgərov son aylar Azərbaycanın qardaş ölkə ilə həmsərhəd diyarı Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında böyük irəliləyişlər olduğunu, Türkiyədə, xüsusilə İqdırda fəaliyyət göstərən iş adamlarının sərmayə qoymağa dəvət edildiyini, Naxçıvanda istehsal mərkəzlərinin yaradılması üçün 4 hektar ərazi ayrıldığını və tekstil şirkətlərinin buraya sərmayə qoya biləcəyini bildirib.
    “Okuklu Holdinq”in İdarə Heyətinin sədri Yılmaz Okuklu bu fürsətin  qiymətləndiriləcəyini, Iğdırdakı iş adamlarını Naxçıvana sərmayə qoymağa dəvət etdiyini açıqlayıb. İqdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan səmərəli keçən görüşdən məmnunluğunu ifadə edib, “Biz iki dövlət, bir millətik və Naxçıvanın inkişafı üçün əlimizdən gələni etməyə hazı­rıq”, –  deyə vurğulayıb. 
    Görüş zamanı nəqliyyat, logistika, tekstil, qida laboratoriyaları, mineral suların satışı və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər əməkdaşlıq imkanlarından, həyata keçirilən layihələrdən və ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.08.2023 18:24