AZ EN RU

Qarlı havada avtomobil piyadanı vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Çənlibel məhəlləsində (14 nömrəli məktəbin qarşısında) qeydə alınıb. Qarlı havada avtomobil yolu keçən məktəbin xadiməçisi Naxçıvan şəhər sakini, 1970-ci il təvəllüdlü Zeynalova Teyfə Cavanşir qızını vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır

Nəşr edilib : 24.01.2024 09:39