AZ EN RU

Qardan təmizləmə işləri aparılır, sakinlərin rahatlığı təmin edilir

Naxçıvan şəhərində gecə saatlarından yağan qar hazırda da davam edir. Naxçıvan Şəhər İcra Hakimiyyəti və tabeli qurumları tərəfindən yollarda rahat hərəkətin təmin olunması məqsədilə gecədən yollardan qarın təmizlənməsinə başlanılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətindən "Şərq qapısı"na bildiriblər ki, yolların təmizlənməsi üçün 580 nəfərdən çox şəxs təmizlənmə işlərinə cəlb edilib. Şəhərin qaz, su və işığın fasiləsiz təminatı da ciddi nəzarətdə saxlanılır və bu məqsədlə xüsusi briqadalar ayrılıb. Bütün lazımi tədbirlər görülür ki, sakinlərin rahatlığı təmin edilsin.

Nəşr edilib : 30.01.2024 10:16