AZ EN RU

Qarabağda aparılan antiterror əməliyyatları Azərbaycanın konstitusional hüququdur

    Dünya tarixi göstərir ki, özünün düşmənçilik instinktləri ilə insanlığa düşmən kəsilib, insanlara qarşı terrorçuluq törədən hər kim varsa sonunda öz haqlı cəzasını çəkmiş, əməllərinə görə cavab vermişdir. Keçmişi yalan, yaltaqlıq, hiylə və terror üzərində qurulmuş erməni etnosu da son iki yüz ilə yaxın br müddətdə təkcə Cənubi Qafqazın deyil, bütün dünyanın başına bəla olmaqla gəldiyi nöqtədə ən böyük cəzanı da çəkməyə məhkumdur. Bu mənada, 2020-ci il 10 noyabr Bəyannaməsindən sonra Azərbaycanla reinteqrasiyanı rədd edib türk çörəyini yeməkdən imtina edən ermənilərin bu dəfə yediyi son kötək sonuncu erməninin də yadından çıxmayacaq. 19 sentyabrda Xankəndidə Azərbaycanın qanuni hakimiyyətinin bərpa olunması, buranın hər cür separatçı tör-töküntüdən təmizlənməsi üçün başladılan antiterror əməliyyatları dövlətimizin konstitusional hüququ olmaqla bütün dünyaya da verilən açıq mesajdır. 

    Dünyada yeni bir siyasi arxitektura və strateji mübarizələr xəritəsi formalaşdırmış 2001-ci il 11 sentyabr hadisələrindən sonrakı 22 illik dövr Yaxın Şərq, Əfqanıstan, Suriya, Ukrayna müharibələri ilə yadda qalarkən dövlətlərin suverenliyi üçün təhlükə yaradan terrorist ünsürlərə qarşı antiterror əməliyyatları da zaman-zaman gündəmə gəlmişdir. Qeyri-qanuni silahlı dəstələr şəklində təşkilatlanan, heç kimin tanımadığı kukla dövlətlər yaratmaqla özlərini maraqlı tərəflərin alətinə çevirən belə terror qruplarının gec-tez yox olacağını da yaxın tarix xatırlatmaqdadır. Belə ki, müxtəlif dövrlərdə bir çox ölkələrdə müxtəlif adlarla ortaya çıxıb qanlı əməllər törətmiş erməni terror təşkilatları çürük ideologiya naminə dinc insanları öldürməkdən çəkinmir, işgəncə verməklə özlərinin heyvani hisslərindən zövq alırdılar. Erməni terrorunun qurbanları arasında təkcə türklər və azərbaycanlılar deyil, digər millətlərdən olan siyasətçilər, diplomatlar, jurnalistlər, iş adamları, hətta səyahətçi turistlər də olmuşlar. “Böyük Ermənistan” xülyası ilə yaşayıb onunla da gorbagor olan bu qəbilənin insanları bir çox hallarda özləri də nə istədiklərini bilmədən harada gəldi nümayişə çıxmaq, səfirliklərə hücum etmək, bayraq yandırmaq, hətta idman yarışlarında belə iğtişaş salmaqla sanki dünyanın onlarsız yaşaya bilmədiyini zənn etməklə də, əslində, terroru da davam etdirməkdədirlər. Dünyanın hər yerinə səpələnmiş, Amerikanın Kaliforniya, İranın İsfahan, Fransanın Marsel, Rusiyanın Rostov bölgələrində və Livanda kompakt halda yaşayan erməni sürüsü buralarda qorxudan quyruq buladığı halda, Azərbaycanın Qarabağ bölgəsində əliqanlı əməllər törədib keçmişdən mənimsədikləri terror instinktini XXI əsrə daşımaqla onsuz da qarışıq dünyada yeni müharibə ocaqları üçün qara barıt olmaqda davam edirlər. XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə azərbaycanlılara qarşı soyqırımı və deportasiya törətmiş, 1988-ci ildən bəri bir milyon soydaşımızı yerindən didərgin etmiş, bədnam separatçılıq əməlləri ilə 20 mindən artıq insanı qətl etmiş ermənilər II Qarabağ savaşındakı rüsvayçı məğlubiyyətdən sonra da bu həyasız əməllərinə davam etməklə sanki yenə də dünyanın sərsəm siyasətçilərindən  əvvəlki dəstək, pul və silah ala biləcəklərini düşünməkdə, daha qanlı terror əməlləri törətməkdədirlər. Halbuki 2020-ci ilin 10 noyabrında boğazlarındakı ipi kəsməklə yeni nəfəs hədiyyə olunmuş Qarabağ ermənilərinə məğlub Ermənistandan dərs çıxarmaq, bundan sonrakı dövrdə tərk-silah olunmaqla normal həyata dönmək, cinayətkarları cəzalandırmaqla yeni doğulacaq ermənilərin bir daha terrorist olmaması üçün əla bir şans verilmişdi. Ancaq hələ ana bətnində terrorist südü ilə zəhərlənmiş bu tayfanın doğulmadan cinayətkar olduğunu ötən üç ilə yaxın müddətdə bütün dünya bildi və “erməni kimliyi” Qarabağdakı terrorist qruplaşma ilə bir daha sübut olundu. 
    Ermənilər son otuz ildə Azərbaycana olmazın zərərlərini vurublar. Səthi hesablamalara görə 100 milyard dollardan artıq həcmdə hesablanan bu maddi zərərlər ermənilərin Şuşanın azad olunmasından sonra da törədilən əməllər və yerinə yetirilməyən vədlərlə daha da artmaqdadır. Sentyabrın 19-da, gün ortasından başlayaraq müzəffər Azərbaycan Ordusunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yuvalanmış qeyri-qanuni erməni silahlılarına qarşı başlatdığı antiterror əməliyyatları da uzanıb gedən bu əməllərə birdəfəlik son qoyulması və bütün bölgədə normal yaşayışa qayıtmaq məqsədi daşıyır. Və bu əməliyyat da gec-tez olmalıydı. Keçmişə qayıtsaq, hələ Laçın və Kəlbəcəri tərk edərkən ermənilərin evlərini yandırması, elektrik stansiyalarını söküb, meşədəki ağacları belə kəsib özləri ilə aparmasından tutmuş Qarabağın qızıl yataqlarını talan etməsinədək hər cür talançılıq əməllərinin şahidi olmuşduq. Bunlar da yetməmiş kimi 10 noyabr Bəyannaməsindən sonra iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması kimi öhdəliklərin yerinə yetirilməməsi, əvəzində dağlıq yollarla Qarabağa silah daşıyan ermənilərin yeni istehsal edilmiş minalarla ərazilərimizdə gizli ölüm nöqtələri yaratması da intensivləşirdi. Təkcə 44 günlük müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə 315 nəfər insanın minaya düşərək həlak olması və ya xəsarət alması bu əməllərin dəhşət dərəcəsindən xəbər verir. Otuz il ərzində Azərbaycanın 20 faiz torpağını işğal altında saxlamaqla başından böyük ov iştahasını göstərən ermənilər ərazilərimizi minalamaqla doğma torpaqlarımıza qayıdacaq insanların da  hüquqlarını vəhşicəsinə pozurdular. Beləliklə, həmin 20 faiz torpaqların hələ də boz ərazi kimi qalmış, təxminən, dörddə birində yuvalamış erməni dığaları bu gün növbəti dəfə “Dəmir yumruğ”u yeməkdədirlər. 
    Ermənilər Vardanyan kimi başıyekə olduğu qədər həm də tülkü qorxağıdırlar. Üzbəüz döyüşdə həmişə uduzmuş ermənilər mina terroru kimi siyasi terrorda da bir nömrədirlər. Azərbaycan ərazisi Qarabağda qanunsuz qalmış 10 mindən çox silahlı terrorist, yüzdən çox tank və zirehli texnika, zenit raket kompleksi, yaylım atəş kompleksləri də daxil olmaqla, iki yüzdən çox artilleriya qurğusuna sahib olan erməni terrorçuları, hətta hərbi radioelektron mübarizə vasitələri ilə də mülki təyyarələrin uçuşuna qarşı təhlükə yaradırdılar. Ancaq Sorosun ona hədiyyə etdiyi hakimiyyətini qorumaq hayında olan Ermənistan baş nazirinin işləri bir az çətinə düşən kimi himayədarlarının birindən küsüb, digərinin qucağına sığınması “su boğazına çıxan meymunun balasının da üstünə çıxması” məsəlini bir daha xatırladır. Və bu meymun vərdişləridir ki, ermənilər eyni saatda quyruğu ilə Makronun üzünü tumarlayıb, Amerika ilə oyun oynayıb, rusların da çənəsini cırmaqlamağı yaxşı bacarırlar. Ancaq 30 ilin acı günlərindən nəticə çıxarmayan bu bədbəxt tayfa hələ də bilmir ki, onların bu hərəkətlərinin böyük dövlətlərin və ya regional güclərin gündəmində bir qramlıq da çəkisi yoxdur. Dünyanın işi-gücü var və Qarabağda pulları batmış erməni lobbisindən başqa heç kim onlarla artıq maraqlanmır. Erməni erməniliyindən dəyən isə Azərbaycana dəyir. Son günlər ard-arda baş verən mina partlayışları, dinc insanların və polislərimizin həlak olmaları artıq bütün Azərbaycanın səbrini daşırdı və güclü ordumuz çoxdan gözlənilən düyməni sıxdı. Bunu hamı gözləyirdi. Çünki bu və ya digər səbəbdən içimizə sızmış və bəlkə də, gələcəkdə üzü gəlib bizim ölkəmizdə yaşayacaq erməniləri elə təmizləmək lazımdır ki, bir daha qalxıb santexnika işlərindən başqa heç bir iş görə bilməsinlər. Çünki köhnə adamların da dediyi kimi erməninin əlindən gələn tək faydalı iş odur.
    Azərbaycanın konstitusion  hüquqlarından istifadə edərək öz halalca torpaqlarında lokal xarakterli antiterror tədbirləri aparması, necə deyərlər hələlik yüngülvari qulaqburması isə deyəsən ömrü-boyu insanlıq, humanist nədir bilməyən erməni murdarlarını dinə-imanə gəlməyə, təslimat ərizəsi yazmağa vadar edib. Hə, necə deyərlər “Adın nədir, Daşdəmir, yumşalısan, yumşalı”! Bərk-bərk qucaqladığınız dədə-baba mirasınınz silah-sursatı atıb ağ bayraq qaldırmasanız, hələ çox burnunuz ovulacaq! Qoy seperatizmə, terorizmə bir dünya görk olacaq təmizləmə əməliyyatı sizə və kölgəsində yatıb yalmandığınız havadarlara da ömürlük dərs olsun! “Dəmir yumruq” dərsi!  

 Əli CABBAROV
Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 20.09.2023 10:14