AZ EN RU

Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunur

Qarabağ Universitetinin Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar elan edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) kafedra müdiri” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə iyulun 22-dək müraciət etmək olar. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.

Nəşr edilib : 09.07.2024 15:09