AZ EN RU

"Qarabağ" "Linkoln"lə oyuna itkilərlə çıxacaq

Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”la oyuna 3 itki ilə çıxacaq.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Amin Ramazanov və Musa Qurbanlı zədəli, Elvin Cəfərquliyev isə cəzalı durumda olduğundan görüşü buraxacaq. Avstriya toplanışı zamanı “Slaven”ə qarşı yoxlama oyununda sonra meniskində ağrılar hiss edən Musa Bakıda müayinə olunub. Əməliyyat zərurəti yaranan hücumçu 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

“Linkoln”la “Qarabağ” arasında ilk oyun iyulun 23-də Cəbəllütariqdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq

Nəşr edilib : 22.07.2024 07:41