AZ EN RU

"Qarabağ" "Bayer"lə oyunda ikinci qolu vurub

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və "Bayer" komandaları arasındakı oyunda fərq artıb.

 Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün 45+2-ci dəqiqəsində Olavio Juninyo rəqibi ikinci dəfə cəzalandırıb 2:0.

Bununla da birinci hissə başa çatıb.

22:14

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və "Bayer" komandaları arasındakı oyunda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün 25-ci dəqiqəsində Yassin Benzia rəqibi cəzalandırıb - 1:0.

21:45

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və Almaniyanın "Bayer" komandaları arasındakı ilk oyun başlayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də start götürüb.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.

Nəşr edilib : 07.03.2024 22:54