AZ EN RU

Qar yağıntısı elektrik kəsintisi yaratmayıb

Yanvarın  24-ü  gecə  yarısından başlayan  və səhər saatlarında  çovğuna  dönüşən  qar  yağışı  Naxçıvanın enerji   təminatında müəyyən  çətinliklər yaratsa da, həyata  keçirilən operativ tədbirlər   əhaliyə fasiləsiz elektrik  enerjisi çatdırılmasına  kömək  edir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən  aldığımız məlumata görə hazırda  regionun yaşayış məntəqələrində  uzunmüddətli elektrik kəsintisi barədə müraciət qeydə alınmamışdır. Təmir briqadaları gücləndirilmiş rejimdə işləyərək baş  verə biləcək qəzaları  vaxtında aradan qaldırmağa  çalışırlar. 

Əli Cabbarov

Nəşr edilib : 24.01.2024 14:20