AZ EN RU

Qar sevincini yaşayan Orxan Paşazadə xatirə qalan fotolarda...

"Naxçıvan" Universitetinin  şəhid məzunu, Xarici dillər fakültəsinin  tələbəsi Orxan əbədi olaraq yaddaşlara həkk olunub. Onun  Naxçıvanda  təhsil adığı illərdə qar sevinci ilə bağlı çəkdiyi fotoları təhsil ocağının dekanı Leyla Səfərova öz feysbuk səhifəsində paylaşıb. "Cəlilabaddan idi Orxan, amma Naxçıvanı çox sevirdi. Orxan Naxçıvanda qarı bu cür qarşılamışdı"- deyə  qeyd edib Leyla xanım.
Qeyd edək ki, 2020-ci il martın 5-də Orxan Paşazadə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Qazax rayonu, Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində şəhadət zirvəsinə ucalıb.

Nəşr edilib : 30.01.2024 20:53