AZ EN RU

Qanvermə aksiyası keçirilib

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq  Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyinin  birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hemofiliyalı, talassemiyalı və leykoz xəstəliyindən əziyyətçəkən  uşaqlar üçün qanvermə aksiyası keçirilib. Xeyirxahlıq aksiyası muxtar respublikada yaşayan və həmin xəstəliklərdən əziyyətçəkən uşaqlara dəstək məqsədi daşıyır.
    Aksiyada  donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb, könüllülər tibbi müayinədən keçirilib, infeksion xəstəliklərə qarşı yoxlama aparılıb. Aksiyada iştirak edən könüllülərdən 6 litr qan toplanılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının qan bankına təhvil verilib. 
    Qeyd edək ki, bu humanist  aksiya artıq 11 ildir ki, təşkilatçılar tərəfindən mütəmadi olaraq 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar keçirilir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və

Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti
 

Nəşr edilib : 30.05.2023 14:18