AZ EN RU

Qanunsuz kömür istehsal edildiyi həyətyanı sahə aşkarlanıb

    Muxtar respublikada qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şərur rayonu Yengicə kəndi ərazisində vətəndaşın həyətyanı sahəsində qanunsuz yolla ağac kömürü istehsal edildiyi müəyyən edilib. Faktla bağlı qanunamüvafiq tədbir görülüb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 02.08.2023 19:30