AZ EN RU

Qan yaddaşı

 ...Hər cür dəhşətlər görüb bu qoca dünya, özünün yaşı qədər haqsızlıqlara şahid olub. Hər şeyin zirvəsini görüb bu qoca dünya – insanlığın da, barbarlığın da... 
1918-ci ilin mart soyqırımı o günə qədərki dəhşətlərin vəhşəti-zirvəsi kimi yazılıb tarixin qan yaddaşına. O gün yer-göy qan ağlayırdı. Dünya belə qanlı gün görməmişdi. Nə idi bu xalqın günahı? Niyə bu qoca dünya üz çevirmişdi bizlərdən?
Düşünürəm ki, bəlkə, insanlığa xas olan ən yüksək, ən ali hisslərə sahib olmağımız idi günahımız...
 Bu ülvi hisslər düz 70 il sonra başımıza bu oyunları yenidən açacaqdı, tarix yenidən təkrar olunacaqdı. Bu qoca dünyada biz o günləri yenidən yaşayacaqdıq. Hələ o günə 70 il vardı...
...İnsan həmişə ucalığa, aliliyə can atır. Bu, İlahi tərəfindən ona verilmiş hüquqdur.
Bəs vəhşətin zirvəsinə ucalmaq necə? 
Yeri, yurdu olmayan, kökü bu günə kimi araşdırılıb üzə çıxarılmayan, süfrəmizin çörəyi, torpağımızın bərəkəti, suyu ilə böyüyən “qonşularımızı” biz niyə tanımadıq? Fil qulağındamı yatmışdıq? 
Yox! Onların bu riyakarlığını ağlımıza belə yaxın gətirməzdik. Çünki bizim damarlarımızda axan qan Sara xatının qanıdır, Xətai babamızın qanıdır. Bu qan bizə insanlığı öyrədib. 
...İnsanlıq və vəhşət. 
Hər ikisi Allahın yaratdığı varlığın qəlbindədir. Bu da həyatın cavabı tapılmayan suallarından biri deyilmi? 
...Qoca dünya bütün bunları görə-görə bərkiyib, ancaq bu suala cavab tapa bilmir. 
 ...O gün ulu tarixə malik olan xalqımızın ah-naləsi ərşə qalxmışdı. Şaumyanlar, androniklər, əmiryanlar at çapırdılar torpaqlarımızda. İnsan qanı sel əvəzi axırdı. Qoca bilmirdilər, qadın tanımırdılar, uşaq saya almırdılar – dünya buna necə dözürdü, İlahi?
 O gün – martın 30-dan 31-nə keçən gecə bolşevik-daşnak birliyi Bakıda nələr etmədi?
Xalqımızın böyük oğlu Nəriman Nərimanov sonralar yazacaqdı: “Müsəlman, hətta bolşevik olsaydı belə ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağı kifayətdir”. 
 Sözə, ifadəyə diqqət kəsilin. 
Günahımız müsəlman olmağımızmış, bəlkə... 
Allah sənə rəhmət eləsin “Biçarə Vətən”, – deyən ulu ustad Mirzə Cəlil!
...Bünövrəsi Bakıda qoyulan qırğınlar hələ sentyabrın ortalarınadək çəkəcəkdi. Hələ qarşıda Quba vardı, Kürdəmir vardı, Salyan, Lənkəran, Şamaxı vardı hələ... 
...Tükürpədən faktlar bağır çatladır: 42 min soydaşımız öldürülüb. 144 kənd dağıdılıb. “Kaspi” mətbəəsi, “Açıq söz” qəzeti redaksiyası, İsmailiyyə binası yandırılıb. Təzə Pir məscidi top-tüfəng atəşinə məruz qalıb

...Tarix dil açıb danışır:
“Mən erməni xalqının qəhrəmanı və müdafiəçisiyəm. Mən buraya qayda yaratmaq və sovet hakimiyyəti qurmağa gəlməmişəm... Mənə Xəzər dənizindən Şahdağınadək olan ərazilərdə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. Bu sözlər daşnak dəstəsinin komandiri Hamazaspa məxsusdur. 
Baxın dəhşətin fitrətinə! 
Baxın “zavallı xalqın” sərkərdəsinin öz iç üzlərini açıb tökən sözlərinə. 
Baxın onların böyük bolşevik qardaşları ilə birlikdə yeritdikləri anti-Azərbaycan siyasətinə. 
Yadıma ermənilərin dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq xülyası düşür... Bir qədər keçmişə ekskurs edək: 
Hansı “böyük Ermənistan”dan söhbət gedə bilər ki, I yüzillikdə Romanın Ermənistan üzərində qələbələrinin şərəfinə Roma pullarının üstündə “böyük Ermənistan” rüsvayçılıqla Roma imperatorunun dizi altında oturmuş qadın obrazında itaətkar öküz, imdad diləyən erməni döyüşçüsü təsvir edilmişdir? O necə “böyük Ermənistan”dır ki, I əsrin 30-50-ci illərində “böyük Ermənistan”ı İberiya şahzadələri idarə etmişlər?
Bu, bir həqiqətdir: İnsanlar nədən qorxurlarsa, o təhlükəyə əvvəlcədən hazırlıq görürlər. Elə buna görə də bu mənfur “zavallıların” özlərinə havadar axtarmaq cəhdləri, həmin havadarlar qarşısında müxtəlif donlara girmələri adi haldır. Daha bir ikrahedici mənzərə: Bu zatıqırıqlar hara üz tutsalar öz inadlarından əl çəkməyərək istədiklərinə nail ola bilirlər. Tərtib etdikləri xüsusi proqram bu yolda onların köməyinə çatır. Müxtəlif qiymətli hədiyyələr, qaraqaş, qaragöz erməni qızları da xüsusi rol oynayır. Nə olursa-olsun, ancaq istədiklərinə çatmaq ehtirasları onları dünyanın hər yerinə səpələyir, bu yolda hər bir şərəfsizliyə qol qoyurlar ki, bu da ermənilərin xarakterinə məxsus keyfiyyətlərdəndir. Özlərinə havadarlar tapdıqdan sonra onların ərazi iddiaları başlayır. Bu iddialar içərisində qədim tarixə malik Azərbaycan torpaqları öndə durur. Ancaq bu da minilliklərin sınağından çıxmış atalar sözüdür: “Yaxşı ki, Allah dəvəyə qanad verməyib...”
 ...Biz böyük olmuşuq. Bu gün də böyüklüyümüzü saxlayırıq. Sabah da böyük olaraq qalacağıq. Çünki bizim qanımızla gəlib bu böyüklük. 
Tariximizin bütün ağrılarını, əzablarını qəlbində gəzdirən Ulu Öndərimiz Heydər Əliyev 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martı “Azərbaycanlıların Soyqırımı Günü” kimi elan etdi. 
Bu, xalqın soyuna, kökünə, özünə qayıdışı idi. 
Bu özünə, gələcəyə inam idi. 
Bu inam yaşadır Odlar yurdunu. Bunun ifadəsidir ki, ötən illər ərzində ölkəmizdə bu istiqamətdə xeyli iş görülmüşdür. Doğma Azərbaycanımızın haqq səsini dünyaya çatdırmaq, 1988-ci ildə yenidən ermənilərin əsassız torpaq iddiaları ucbatından yaradılan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini aradan qaldırmaq, düşmən tapdağı altında olan torpaqlarımızın sülh yolu ilə geri alınaraq ərazi bütövlüyümüzü təmin etmək, bunun üçün aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək kimi məsələlər prioritet vəzifə kimi diqqətdə saxlanılmışdır. 
Ötən dövrdə bütün bunları nankor ermənilər də görürdülər, ölkəmizin iqtisadi və hərbi qüdrətinin getdikcə güclənməsi, Azərbaycanın dünya siyasi arenasında söz sahibi olmasından, böyük iqtisadi səmərə verən qlobal layihələrə qoşulmasından, Ermənistanın isə bu layihələrdən kənarda qalması ilə razılaşmaqdan başqa çarəsi olmamasını yaxşı dərk edirdilər. 
Ermənistan onu da görürdü ki, bu gün Azərbaycanın güclü Ordusu var. Cənubi Qafqaz regionunda söz sahibi, qüvvə sahibi olan bu ordu Ali Baş Komandanın əmri ilə qısa bir vaxtda torpaqlarımızı azad etmək qüdrətinə malikdir. Elə 2016-cı ilin Aprel döyüşləri bunu bir daha göstərdi. Ermənistan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun 2017-ci ildə keçirilən möhtəşəm paradından da xəbərsiz deyildi. Bununla vandallar xalqımızın mübarizliyini, öz hüquqlarını qorumaq əzminin günü-gündən yüksəldiyini, hər an düşməndən qisas almağa hazır olduğunu, haqq işimizin qalib gələcəyinin ifadəsi kimi böyük ictimai-siyasi əhəmiyyət daşıdığını da görürdü... 
2020-ci ilin sonlarında bir daha gördülər...    

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 31.03.2024 16:24