AZ EN RU

Qahab gölü donub

Muxtar respublikamızda müşahidə olunan soyuq hava şəraiti ilə əlaqədar su hövzələrində donma müşahidə edilir. Belə su hövzələrindən biri də Babək rayonunun Qahab kəndi ərzisində yerləşən göldür. Naxçıvanın gözəl qış mənzərələrindən birini də bu göldə görmək mümkündür.

Diqqətinizə çatdıraq ki, Qahab gölü qış fəslində tamamilə donur. Gölün üzərində rahat və sərbəst şəkildə gəzə bilərsiniz. 

Göldən açılan dağ mənzərələri isə insanı valeh edir. 

Şəhərdən sadəcə 20 dəqiqəlik bir məsafədə yerləşən bu təbiət gözəlliyini qışda mütləq gedib görməyinizi tövsiyə edirik.

Bülbül QULİYEVA

Nəşr edilib : 31.01.2024 14:29