AZ EN RU

Qadınların yeni peşələrə yiyələnmələri təmin edilir

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində qadınlarla dekorativ-tətbiqi sənət sahəsi üzrə növbəti təlim keçirilib. Təlim 25 iyun 2024-cü il tarixdə Babək rayonunun Vayxır kəndində baş tutub.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəfa Babayeva və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva təlimin əhəmiyyətindən, muxtar respublikada qadınların məşğulluğunun diqqətdə saxlanılmasından danışıblar. Bildirilib ki, təlimdən faydalanan qadınlar təzə peşə öyrənməklə dekorativ-tətbiqi sənətin inkişafına töhfə verir və gələcəkdə milli əl işləri satıb maddi qazanc əldə etmək imkanına malik olurlar. Bütün bu məqsədlərə nail olmaq üçün təlimlər muxtar respublikanın bölgələrində mütəmadi olaraq keçirilir.
Çıxışların ardından iştirakçılara təlim keçən istedadlı qadın Səkinə Qarayeva əyani vəsaitlərdən istifadə etməklə təlimə cəlb edilmiş qadınlara yeni bacarıqlar aşılayıb.  

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 25.06.2024 18:01