AZ EN RU

Qadın şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib. Yarışda ötən il 18 yaşlı şahmatçılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva, o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparır. Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır.
Çempionatın mükafat fondu 15 min manat təşkil edir. Yarışın qalibi 6 000 manat əldə edəcək. İlk iki yeri tutacaq şahmatçılar şəxsi Avropa çempionatına ezam olunacaqlar.
Çempionatın baş hakimi İnara Topçiyevadır. 7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq.
Qeyd edək ki, çempionat Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçığı ilə keçirilir.

Nəşr edilib : 12.02.2024 11:07