AZ EN RU

Qadın sahibkarlıq və kiçik biznes obyektlərində monitorinqlər keçirilib

Naxçıvan Muxtar Respublikasında qadınlar tərəfindən sahibkarlıq və kiçik biznesin inkişafına, eləcə də ailə təsərrüfatlarının qurulması və ya genişləndirilməsinə maddi dəstək göstərilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilir.
Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək" layihəsi çərçivəsində sərmayə kapitalı almış qadınların yaşadıqları və çalışdıqları ünvanlarda sərmayə kapitalından düzgün istifadə olunması və ya müvafiq sahələrin qurulması ilə əlaqədar Şərur rayonu üzrə  2023-cü il 06 noyabr tarixində monitorinq keçirilib.  
Monitorinq zamanı məlum olub ki, layihə iştirakçıları olan Şərur  rayon Püsyan kənd sakinləri Qənbərova Naibə Novruz qızı, Quluzadə Təhminə Lətif  qızı, Aralıq kənd sakini Qasımova Dostuxanım Maşallah qızı iribuynuzlu heyvandarlıq, Vərməziyar kənd sakini  Əliyeva Təhminə Ənvər qızı dərzilik, Ələkli kənd sakini Babayeva Gülnar Akif qızı bərbər-manikürçülük, Şərur şəhər sakinləri Hüseynova Elnarə Qənimət qızı və Bağırova Misiri Məhərrəm qızı çörək və  şirniyyat istehsalı üzrə
sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edərək fəaliyyət sahələrini qurub və inkişaf etdiriblər. Monitoinq zamanı heç bir nöqsan aşkarlanmayıb. Keçirilən monitorinqlər belə layihələrin aktual və uğurlu olduğunu bir daha göstərdi.
Sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 06.11.2023 17:52