AZ EN RU

Qadın məhkumlar üçün bayram tədbiri təşkil edilib

Martın 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkən  qadın məhkumlar üçün də bayram abu - havası yaşanıb. 
"Şərq qapısı" xəbər verir ki, məhkum qadınlar azad ev həyatını xatırladan şəraitdə şirniyyatlar  hazırlayıblar. Sonra çay süfrəsi təşkil edilib. Ədliyyə Nazirliyinin əməkdaşı Nuranə Kərimova və Penitensiar Xidmətin əməkdaşı Turanə Məhərəmli məhkum qadınları Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. 
Çay süfrəsi ətrafında məhkumlar və əməkdaşlar birlikdə səmimi söhbət edib yumurta döyüşdürüblər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 19.03.2024 22:22