AZ EN RU

Qadın əməyinin təşviqinə həsr olunmuş tədbir

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək bazarı” işçi qrupunun “2023-cü il üzrə Fəaliyyət Planı”nın icrası və “Qadın əməyinin təşviqi” ilə bağlı regionlarda maarifləndirici tədbir keçirilir. Bu münasibətlə keçirilən tədbirdə muxtar respublikada fəaliyyət göstərən qadın əməyinin az tətbiq edildiyi 29 müəssisənin 72 nümayəndəsi iştirak edib.
    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov çıxış edərək bildirib ki, böyük mədəni irsə malik olan xalqımız cəmiyyətdə, ailədə qadının rolunu hər zaman yüksək qiymətləndirib. Azərbaycan qadını da tarixboyu cəmiyyətimizin, milli-mənəvi dəyərlərimizin inkişafında böyük rol oynayıb.  
    Çıxış edənlər arasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının əməkdaşları Orxan Nadirov, Rəşad Əhmədov, Dövlət Məşğulluq Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Məşğulluq Agentliyinin nümayəndələri çıxış edərək ölkədə qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün işəgötürənlərlə birgə maliyyələşmə tədbirlərinin, gender bərabərliyinin və qadınların daha yüksək əməkhaqqı ödənilən sahələrdə çalışmasının təmin edilməsi, beynəlxalq əmək normalarına uyğun olaraq qadınların hüquqlarının müdafiəsi mövzusunda qonaqları məlumatlandırıblar.
    Tədbirdə qadın əməyinin tətbiqi ilə bağlı iştirakçılara maarifləndirici slaydlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb. 

Bülbül Quliyeva

Nəşr edilib : 26.10.2023 23:11