AZ EN RU

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 203, № 3, maddə 404; 2017, № 7, maddə 1269; 2019, № 8, maddə 1377; 2020, № 11, maddə 1337) aşağıdakı məzmunda 1.3-cü maddə əlavə edilsin:

“1.3. Bu Qanun Azərbaycan Respublikasının Mərkəzi Bankına “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməyən hissələrdə tətbiq edilir. Digər hüquqi aktlarda publik hüquqi şəxslərə aid müddəalar Azərbaycan Respublikasının Mərkəzi Bankına o halda şamil olunur ki, həmin hüquqi aktlarda bu barədə xüsusi qeyd edilsin.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

Nəşr edilib : 31.07.2023 14:08