AZ EN RU

Prokurorluq əməkdaşları Zəfər parkında olublar

    Zəfər Günü muxtar respublikada silsilə tədbirlərlə qeyd olunur, idarə, müəssisə və təşkilatların kollektivləri Zəfər parkını ziyarət edərək Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsini yad edirlər.  
     Zəfər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, şəhər və rayon prokurorluqlarının kollektivləri  də Naxçıvan şəhərindəki Zəfər parkını ziyarət ediblər.
    Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev və prokurorluq heyətinin iştirak etdiyi tədbirdə Zəfər abidəsinin  önünə gül dəstələri qoyulub, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. 
    Sonra prokurorluq əməkdaşları “Gənclik” Mərkəzində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Ömrün Naxçıvan aşırımları”  filminə baxıblar. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 07.11.2023 21:11