AZ EN RU

Prokurorluq əməkdaşları internat məktəbinin şagirdlərini ziyarət edib

Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşları Ordubad şəhər internat məktəbinin şagirdlərini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Prokurorunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi və Novruz bayramı münasibətilə ilə bağlı martın 15-də Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini Amil Rəhimov və bir qrup prokurorluq əməkdaşı Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinin şagirdlərini ziyarət edərək onlara hədiyyələr təqdim ediblər.
Məktəbdə təhsil alan 52  şagirdə  məktəb ləvazimatları və ərzaq məhsulları və bir qrup şagirdə isə geyim dəstləri hədiyyə ediblər.
Sonda şagirdlərlə xatirə  şəkli çəkdirilib.

Nəşr edilib : 15.03.2024 18:39