AZ EN RU

Profilaktik tədbirlər davam etdirilir

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Sədərək rayonunda həmin rayon üzrə icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbi ilə bağlı icra işləri üzrə borclu şəxslərlə profilaktik söhbət aparılıb.
    Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Kazımov bildirib ki, məhkəmə qərarlarının təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan maneələrin aradan qaldırılması, həmçinin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması nazirlik tərəfindən diqqətdə saxlanılır. 
    Nazirliyin İstintaq bölməsinin rəisi, ədliyyə müşaviri Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Rahib Səfərov icra sahəsində qanunvericiliyin tələbləri barədə ətraflı məlumat veriblər.
    Sonda aliment və pul tələbi ilə bağlı ödənişlərini vaxtında ödəməyən borclular da dinlənilib, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb və onların suallarına aydınlıq gətirilib.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.12.2022 21:25