AZ EN RU

Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin adından saxta instaqram hesabı açılıb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin adına saxta instaqram hesabı açılıb. Nümayəndəlikdən bildiriblər ki, vətəndaşlar, sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri həmin profilə istinad etməsinlər.

"Bildiririk ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin rəsmi instaqram hesabı bu linkdədir: https://instagram.com/fuadnajafli?igshid=MzRlODBiNWFlZA==",- deyə məlumatda qeyd olunub.

Nəşr edilib : 18.10.2023 16:19