AZ EN RU

Prezident və birinci xanım Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün dünyasını dəyişmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib.

Mərhumla vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçirilir.

X.Yusifzadə vida mərasimindən sonra Fəxri xiyabanda dəfn ediləcək. Əklil də xiyabana aparılacaq.

Qeyd edək ki, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə oktyabrın 3-də 93 yaşında vəfat edib.

Nəşr edilib : 04.10.2023 12:47