AZ EN RU

Prezident təqaüdünə layiq görülən tələbələrdən 6-sı DİA-da təhsil alır

Prezident İlham Əliyev “2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Prezident təqaüdünə layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) da tələbələri var.

Bu barədə BDU-dan məlumat verilib.

Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə Prezident təqaüdünə layiq görülüb.

Builki müsabiqənin nəticələrinə əsasən 438 nəfər Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Prezident təqaüdünə layiq görülən 102 nəfər tələbənin 6 nəfəri DİA-nın Hüquqşünaslıq ixtisasında təhsil alır.

Nəşr edilib : 19.10.2023 12:28