AZ EN RU

Prezident: Son zamanlar Azərbaycan-Çin münasibətləri daha da intensivləşib

Son zamanlar Azərbaycan-Çin münasibətləri daha da intensivləşib. Əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

Eyni zamanda, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında təmasların da xüsusi əməkdaşlıq formatı yaratdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır”.

Nəşr edilib : 24.07.2023 16:01