AZ EN RU

Prezident seçkilərində təşviqat üçün görüş yerləri müəyyənləşdirilib

Növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı dərc olunub.
Seçkiqabağı təşviqat üçün 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 yer ayrılıb.
Həmin yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər. Bu məqsədlə digər yerlərdən də qanunvericiliyə uyğun istifadə edilməsi mümkündür.

Nəşr edilib : 09.01.2024 11:52